Nida Xəbər
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
ABŞ-da “Green Card” almaq istəyənlər üçün qaydalar sərtləşdirilir. “The New York Times”ın yaydığı məlumata görə, Tramp administrasiyası müraciət edən şəxslərin sosial şəbəkə fəaliyyətini və siyasi baxışlarını daha ciddi şəkildə yoxlamağa başlayıb. Xüsusilə İsrail və Fələstinlə bağlı paylaşımların diqqət mərkəzində olduğu bildirilir.
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli “Green Card”la bağlı mümkün sərtləşmənin miqrasiyanın zəifləməsinə səbəb olacağını deyib:
“Çünki hər il dünya üzrə on minlərlə insan “Green Card” qazanmaq üçün müraciət edir. Tramp administrasiyasının miqrantlara münasibəti fərqlidir və daha çox miqrant qəbuluna isti yanaşmır. Ümumiyyətlə, Avropada da miqrantlara münasibətin dəyişdiyini müşahidə edirik. Bu baxımdan “Green Card” proqramının ləğvi və ya qaydalarının sərtləşdirilməsi həm müraciətlərin sayına, həm də müraciətlərə verilən müsbət cavabların statistikasına ciddi təsir göstərə bilər. Nəticədə, göstəricilərin kəskin azalacağı ehtimal olunur”.
N.Cəfərlinin fikrincə, ümumi mənada bu məsələ miqrasiya siyasətinin tərkib hissəsidir və Respublikaçılarla Demokratlar arasında bu sahəyə yanaşmada ciddi fərqlər mövcuddur:
“Demokratlar adətən miqrantlara qarşı daha yumşaq siyasət yürütməyə və onların ABŞ-a gəlməsini təşviq etməyə çalışırlar. Bunun əsas səbəblərindən biri də miqrantların daha çox demokratlara səs verməsi ilə bağlı formalaşmış siyasi yanaşmadır. Demokratlar hakimiyyətdə olduqları dövrdə miqrantlara daha çox sosial dəstək və imkan təqdim edirlər.
Respublikaçılar isə ideoloji baxımdan miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarıdırlar. Donald Trampın atdığı addımlar da təkcə şəxsi mövqedən deyil, ümumilikdə Respublikaçılar Partiyasının siyasətindən qaynaqlanır. Buna görə də gələcəkdə bu xəttin davam etdirilməsi mümkündür. Yəni “Green Card” proqramı ilə bağlı daha sərt qaydaların tətbiqi təkcə müvəqqəti deyil, uzunmüddətli siyasətin bir hissəsinə çevrilə bilər”.
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
















.jpg)
.jpg)









.jpg)











