Nida Xəbər
Ulu Öndər tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb
Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsini təmin etməklə yanaşı, ağır müharibə şəraiti və iqtisadi tənəzzül fonunda şəhərsalma siyasətini dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevirmişdir. Şəhərsalma yalnız inkişaf məsələsi deyil, eyni zamanda, bərpa, sabitləşdirmə və yenidənqurma vasitəsi kimi qiymətləndirilmişdir. Həmin dövrdə Bakı başda olmaqla, şəhərlərin simasını formalaşdıran monumental abidələrin, parkların və müasir iş mərkəzlərinin təməli qoyulmuş, infrastruktur yenilənmiş, yollar və kommunikasiya xətləri bərpa olunmuş, sosial obyektlərin tikintisi və şəhər mühitinin abadlaşdırılması geniş vüsət almışdır. Bu mərhələdə şəhərsalma yalnız fiziki yenidənqurma prosesi deyil, eyni zamanda, iqtisadi dirçəlişin və institusional sabitliyin mühüm göstəricisinə çevrilmişdir.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
S.Nuriyev bildirib ki, Ümummilli Lider şəhərlərin estetik və funksional baxımdan yenilənmiş simasının formalaşmasında həlledici rol oynayaraq, tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür: “Azərbaycanın müasir şəhərsalma və memarlıq tarixini Heydər Əliyev şəxsiyyətindən kənarda izah etmək mümkün deyil. Ümumiyyətlə, Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir, tərəqqinin, müsbət fundamental transformasiyaların təməlini təşkil edir və gələcək inkişaf üçün alternativsiz, istiqamətverici vektor rolunu oynayır”.
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı








.jpg)














.jpg)




.jpg)








