Dünya
İsrail və Yunanıstan 3 milyard avroluq müdafiə sazişi imzaladı
İsrail və Yunanıstan arasında təxminən 3 milyard avro dəyərində “Axilles Qalxanı” hava hücumundan müdafiə sazişi imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, saziş Təl-Əvivdə iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə imzalanıb. Bu, İsrailin tarixindəki ən böyük müdafiə ixracı anlaşmalarından biri hesab olunur.
Saziş çərçivəsində Yunanıstanda çoxqatlı hava və raketdən müdafiə şəbəkəsi yaradılacaq. Sistemə İsrail istehsalı “David’s Sling”, “Barak MX” və “Spyder” kompleksləri, həmçinin çoxməqsədli radarlar və milli komanda-idarəetmə sistemi daxil olacaq.
Yeni müdafiə şəbəkəsinin təyyarələrə, ballistik və qanadlı raketlərə, eləcə də pilotsuz uçuş aparatlarına qarşı istifadə olunması nəzərdə tutulur.
Bundan əlavə, strateji obyektlərin PUA-lardan qorunması məqsədilə 26 milyon avro dəyərində “Rafael” şirkətinin “Drone Dome” sistemlərinin satışı ilə bağlı ayrıca saziş də imzalanıb.
Müəllif: Roza
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)









.jpg)





.jpg)








.jpg)