Dünya
Finlandiya prezidentindən Rusiya açıqlaması: Pekin buna imkan verməyəcək
Çin Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinə imkan verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Politico”ya müsahibəsində Finlandiya prezidenti Aleksandr Stubb Çin xarici işlər naziri Van İ ilə keçirdiyi görüşdən danışarkən deyib.
Finlandiya liderinin sözlərinə görə, Pekin bu məsələdə Moskvaya qarşı ciddi çəkindirici rol oynaya bilər.
“Çin xarici işlər naziri mənə dedi ki, bunun baş verməsinə heç vaxt imkan verməyəcəklər. Məncə, bu, kifayət qədər təsirli çəkindirici amildir”, - Stubb bildirib.
O, həmçinin Avropanı Rusiyanın mümkün nüvə eskalasiyası ilə bağlı panikaya düşməməyə çağırıb: “Dramatizasiya etməyin, ən pis ssenariyə hazırlaşın ki, onun qarşısını alasınız”.
Stubb onu da qeyd edib ki, Avropa gələcəkdə Rusiya ilə birbaşa siyasi dialoqu bərpa etməli ola bilər. Onun sözlərinə görə, əsas məqsəd anlaşılmazlıqların və daha böyük qarşıdurmanın qarşısını almaqdır.
Finlandiya prezidenti buna baxmayaraq, hazırda Avropanın əsas prioritetinin Ukraynaya dəstəyin davam etdirilməsi olduğunu bildirib.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)









.jpg)





.jpg)








.jpg)