Nida Xəbər
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak etdi
Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib.
Publika.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlət başçısına məlumat verib.
Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.
Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
-
MDB09:27Ukrayna ilin əvvəlindən bəri beynəlxalq ehtiyatlarının 20%-ni itirib
-
Region09:18Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar"
-
Art08:48"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi





































