Nida Xəbər
Tramp onları da özü ilə Pekinə aparıb
ABŞ prezidenti Donald Tramp Çinə rəsmi səfərə yollanıb.
Publika.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Trampı səfərdə “SpaceX”in qurucusu İlon Mask və “Nvidia” şirkətinin baş direktoru Censen Xuanq də müşayiət edir.
Məlumata əsasən, sahibkarlar Alyaskada prezidentin “Air Force One” təyyarəsinə minərək Pekinə yola düşüblər.
Bundan əvvəl “Bloomberg” yazmışdı ki, Tramp administrasiyası İlon Mask, Tim Kuk və ABŞ-ın aparıcı şirkətlərinin rəhbərlərini Çin səfərində iştirak etməyə dəvət edib.
Qeyd edək ki, Trampın Çin səfəri 13-15 may tarixlərini əhatə edəcək. Ağ Evin məlumatına görə, prezidentlə birlikdə geniş biznes nümayəndə heyəti də Pekinə gedib.
Xatırladaq ki, Donald Tramp sonuncu dəfə Çinə 2017-ci ilin noyabrında səfər edib.
Müəllif: Adəm
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı







.jpg)













.jpg)




.jpg)








