Dünya
Əfqanıstandan ABŞ-a gözlənilməz təklif: Sənin olsun
Əfqanıstan sanksiyaları aradan qaldırmaq və aktivlərin dondurulmasını ləğv etmək məqsədilə ABŞ-a mineral ehtiyatlara çıxış təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtonla münasibətlər barədə suala cavab olaraq Müttəqi bildirib ki, Əfqanıstan şübhəsiz ki, Amerikanın mədənçilik, infrastruktur, kənd təsərrüfatı və ticarət kimi sektorlara investisiyalarını alqışlayır. Xarici işlər naziri qeyd edib ki, Əfqanıstan və ABŞ arasındakı münasibətlər son 20 illik müharibə prizmasından deyil, gələcək əməkdaşlığa əsaslanmalıdır.
Onun sözlərinə görə, ölkənin iqtisadi siyasəti açıqdır.
FT-yə görə, geoloji tədqiqatlar göstərir ki, Əfqanıstanda təxminən 1 trilyon dollar dəyərində mineral ehtiyatlar var. Bunlara mis, dəmir filizi, niobium, kobalt, qızıl və litiumun böyük yataqları daxildir.
Nəşrin məlumatına görə, Müttəqi mineral hasilatına investisiya qoyuluşu təklifinin birbaşa Ağ Evə edilib-edilmədiyini dəqiqləşdirməyib.
Müəllif: Tural
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)









.jpg)





.jpg)








.jpg)