Nida Xəbər
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub.
Rzayevanın barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli hökmü dəyişdirilib.
Belə ki, Rzayevanın cəzadan azad olunması ilə bağlı müddəlar hökmdən xaric edilib.
Elnarə Rzayeva aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.
Qeyd edək ki, bundan əvvəl Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmişdi, ona islah işləri cəzası verilmişdi. Həmçinin onun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilib.
Onu da əlavə edək ki, xüsusi ittihamçı Soltanova Rəna Rüfət qızı və təqsirləndirilən şəxs Rzayeva Elnarə Ramiz qızının müdafiəçisi Abbasov Asim Müşfiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyib.
Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə vermişdilər.
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq
-
Hadisə6 İyun 23:48Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO
-
Avropa6 İyun 23:12Merts Merkelin şüarını mənimsədi
-
Sosial6 İyun 22:36Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO
-
Elm və təhsil6 İyun 21:48Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO








































