Nida Xəbər
Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası keçirilib. İclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin rəqabət orqanlarının təmsilçiləri çıxış edib, iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb.
Publika.az xəbər verir ki, agentliyin sədri Elnur Bağırov, TDT-nin Baş katibinin müavini Merey Mukajan, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov, Qırğız Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova, Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo, Şimali Kipr Türk Respublikasının Rəqabət Şurasının sədri Şifa Kırmızıgil iştirak ediblər.
İclas çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər rəqabət siyasəti sahəsində öz praktikalarını bölüşüblər, qarşılıqlı əməkdaşlığı dəstəkləyən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Sonda Türk Dövlətləri Təşkilatının Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasının yekunlarına dair Birgə Kommünike imzalanıb. Sənəd gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərini müəyyənləşdirərək rəqabət siyasəti sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı





















.jpg)










.jpg)

.jpg)