Nida Xəbər
Akkan Suver: Azərbaycanın dövlət kimi mövcudluğu təhlükə altına düşmüşdü
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıtdığı zaman ölkə ciddi siyasi böhran və dövlətçilik problemi ilə üz-üzə idi. Həmin dövrdə Azərbaycanın dövlət kimi mövcudluğu təhlükə altına düşmüşdü.
Publika.az xəbər verir ki, bunu Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı deyib.
Onun sözlərinə görə, Heydər Əliyev ilk növbədə Azərbaycan dövlətini qurdu, daha sonra milli ordunun formalaşdırılmasını təmin etdi və ölkədə sabitliyin bərqərar olmasına nail oldu.
“Ümummilli Lider qısa müddət ərzində Azərbaycanın gələcək inkişafını müəyyən edən mühüm addımlar atdı, dövlət quruculuğu prosesinə rəhbərlik etdi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etdi. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə toplantısında Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması istiqamətində əldə olunan nəticələr Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm göstəricilərindən biri idi”, – deyə professor vurğulayıb.
Akkan Suver bildirib ki, Ümummilli Liderin vəfatından sonra Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı inkişaf mərhələsinə yüksəldib: "Prezident İlham Əliyev uzun illər ərzində Qarabağ probleminin sülh yolu ilə həllinə çalışıb, məsələni danışıqlar masasında həll etmək üçün ardıcıl səylər göstərib. Lakin bu mümkün olmadıqda Azərbaycan Ordusu məsələni hərbi yolla həll etdi və ölkə tarixi Zəfər qazandı. Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan Ordusu şanlı Qarabağ Zəfəri ilə doğma torpaqları öz sahiblərinə qaytardı”.
Professor vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçılarından biri olmaqla yanaşı, dünya ölkələri ilə fəal siyasi dialoq aparan nüfuzlu dövlət kimi tanınır: “Enerji sahəsində də Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan aparıcı ölkələrdən birinə çevrilib. Bu gün Avropa İttifaqına üzv olan 10 dövlət də daxil olmaqla, ümumilikdə 16 ölkə təbii qazını Azərbaycandan alır. Bu, Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji mövqeyini aydın şəkildə göstərir”.
Akkan Suver əlavə edib ki, Ermənistanla sülh prosesi çərçivəsində əldə olunan irəliləyişlər regionda yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına şərait yaradıb.
"Orta Dəhlizin genişlənməsi Asiya ilə Avropa arasında alternativ marşrutun formalaşmasına imkan verib və Azərbaycanı əsas tranzit ölkələrdən birinə çevirib. Bu proses Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırıb və ölkəyə yeni strateji üstünlüklər qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və dünyanın etibar etdiyi sabit Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur", - deyə o vurğulayıb.(Azərtac)
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi
-
Sağlamlıq11:54Məşhur infeksionistdən durğun sularda çimənlərə xəbərdarlıq
-
İdman11:43DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar
-
Nida Xəbər 11:35Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
-
İdman09:59DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb
-
Magazin207:30Türkiyədə narkotiklə bağlı yeni həbs dalğası - Hansı məşhurlar saxlanılıb?
-
Magazin106:16Türkiyədə səhnəyə elə libasda çıxdı ki... - VİDEO





































