Nida Xəbər
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi
Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.
Publika.az xəbər verir ki, qəbul zamanı səfir Seymur Fətəliyev Perunun dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.
Təşəkkürünü bildirən Peru Prezidenti öz növbəsində onun da dərin ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, eləcə də iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını məmnunluqla vurğulayıb.
Qəbulda Peru xarici işlər naziri Karlos Xose Parexa Rios da iştirak edib.
Xatırladırıq ki, səfir Seymur Fətəliyev iyunun 11-də etimadnaməsinin surətini Perunun Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim etmişdir.
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı




















.jpg)



.webp)






.jpg)

.jpg)