Nida Xəbər
Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatdı
Almatıda “Almatı - Türk dünyasının gənclər paytaxtı 2025” layihəsi çərçivəsində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Gənclər Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Publika.az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, tədbirin iştirakçıları Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan gənc liderlərdir.
Üç gün ərzində onlar türk məkanında əməkdaşlığın möhkəmləndirilməsinə və gənclər arasında qarşılıqlı əlaqələrin inkişafına yönələn maarifləndirici, ekoloji və mədəni tədbirlərdə iştirak ediblər.
Sonuncu gün düşərgənin bağlanış mərasimi keçirilib, üçgünlük proqramın yekunları müzakirə olunub və iştirakçılara sertifikatlar təqdim edilib. Həmçinin “What I take with me” adlı açıq dialoq təşkil olunub. Dialoq zamanı gənclər təəssüratlarını, qazandıqları təcrübəni və gələcək əməkdaşlıq üçün ideyalarını bölüşüblər.
İştirakçılar Almatı İncəsənət Muzeyini də ziyarət edərək şəhərin müasir mədəni məkanı ilə tanış olublar.
TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi Türk dünyasının gənc liderləri arasında təcrübə mübadiləsi, yeni təşəbbüslərin inkişafı və əlaqələrin möhkəmləndirilməsi üçün platformaya çevrilib.
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı




















.jpg)



.webp)






.jpg)

.jpg)