Nida Xəbər
Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi - FOTO
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində növbəti səyyar vətəndaş qəbulunu keçirib.
Publika.az xəbər verir ki, qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və sakinlər iştirak ediblər.
Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onların müraciət və təklifləri ətraflı araşdırılıb.
Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, abadlıq işləri, kommunal xidmətlər və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Şəhər rəhbəri vətəndaş müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayaraq, sakinlərin rifahının yüksəldilməsi və şəhərin daha da abadlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhərin müxtəlif yaşayış massivlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir, vətəndaşların müraciətlərinin operativ həlli istiqamətində zəruri addımlar atılır.
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq





























.jpg)









.jpg)

.jpg)