Nida Xəbər
BMT-dəki nümayəndəmiz: Azərbaycan donor ölkəyə çevrilib
Azərbaycanın müstəqilliyini yenidən qazandıqdan bəri humanitar yardım alan ölkədən donor ölkəyə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) Humanitar İşlər Seqmentinin ümumi müzakirələrində səsləndirdiyi bəyanatda vurğulayıb.
Bəyanatın mətni daimi nümayəndəliyin "X" sosial media hesabında paylaşılıb.
T. Musayev Azərbaycanın BMT Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA ilə əməkdaşlığı və dövlət qurumları tərəfindən göstərilən ikitərəfli yardımları vasitəsilə qlobal humanitar səylərə fəal töhfə verdiyini qeyd edib.
Eyni zamanda, o, Azərbaycanın öz ərazisindəki keçmiş münaqişənin dağıdıcı təsirindən irəli gələn ciddi humanitar çağırışlarla qarşılaşmaqda davam etdiyini diqqətə çatdırıb:
"Bura Ermənistandan olan təxminən 300 000 azərbaycanlı qaçqın, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən olan 700 000-dən çox məcburi köçkün, həmin ərazilərdə törədilmiş genişmiqyaslı dağıntılar və 4000-dən çox itkin düşmüş şəxsin taleyi və yeri ilə bağlı hələ də davam edən qeyri-müəyyənlik daxildir".
Daimi nümayəndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri barədə məlumat verib, mina və digər partlayıcı qalıqlarının hələ də mövcudluğuna toxunub:
"Azərbaycan humanitar minatəmizləməni özünün 18-ci Milli Davamlı İnkişaf Məqsədi elan edib. Mina təhlükəsinin böyüklüyü gücləndirilmiş hesabatlılıq, daha sıx beynəlxalq həmrəylik və tərəfdaşlıq, habelə milli minatəmizləmə potensialına və səylərinə dəstəyin artırılmasını tələb edir".
Yekunda Azərbaycanın BMT-nin məqsəd və prinsiplərinə, eləcə də beynəlxalq səviyyədə razılaşdırılmış müvafiq çərçivələrə uyğun olaraq, həssas əhali qruplarına effektiv, vaxtında və prinsipial humanitar yardımın çatdırılmasına yönəlmiş beynəlxalq səylərə sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?






.jpg)































