Nida Xəbər
Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olundu
Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən baş tutub.
"Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin təşkili" üzrə keçirilən işçi görüş çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisi general-mayor Azər İbrahimov qonaqlarla görüşüb, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. General-mayor A.İbrahimov dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Polkovnik D.Jukovski göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Belarusun Azərbaycandakı hərbi attaşesinin də iştirak etdiyi görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Sonra qonaqlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev hərbi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi, strukturu, fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Belarus nümayəndə heyəti həmçinin xidməti otaqlar və idman zalı ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

























.jpg)









.jpg)

.jpg)