Nida Xəbər
Elçin Yusubov Rumıniyanın Kluj-Napoka şəhərinin rəhbərliyi ilə görüşdü - FOTO
Avqustun 13-də Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Buxaretdən sonra Rumıniyanın ikinci böyük şəhəri olan Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşü keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin mətbuat midmətindən məlumat verilib.
Bildirlib ki, görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Rumıniyanın KlujNapoka şəhəri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, invistisiya imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən iri miqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, habelə gələcək inkişaf planları barədə Azərbaycan tərəfinə geniş məlumat verib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov öz növbəsində təmsil etdiyi bölgədə aparılan işlər barədə danışıb. O, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığını, Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb. Elçin Yusubov məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticari və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüş əsnasında tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ






.jpg)


.jpg)








.jpg)














.jpg)