Nida Xəbər
Yasamal RİH başçısı sakinlərlə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında təşkil olunub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir. Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.
Qəbul zamanı sakinlər tərəfindən qəyyumluq sənədləşməsi, fərdi tikinti üçün icazə, bina zirzəmilərinin statusu, bina fasadlarının təmiri, qəzalı evlərin təmiri, yol infrastrukturunun təkmilləşdirilməsi, incəsənət xadimlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO









.jpg)





.jpg)














.png)




