Nida Xəbər
Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın - DİN
Kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırırıq.
Unutmaq olmaz ki, dövlət qurumları vətəndaşlardan zəng, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmirlər. Bu məlumatların kənar şəxslərə ötürülməsi bank hesablarındakı pul vəsaitlərinin oğurlanması ilə nəticələnə bilər.
Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






.jpg)



.jpg)







.jpg)


.jpg)













