Nida Xəbər
"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib - FOTO
"Azərsun Holdinq" media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib.
"Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təşkil olunan təlim "Proxima Tech Solutions" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Təlimdə media nümayəndələri üçün süni intellekt platformalarında məzmunun görünürlüyünün artırılması, saytların effektiv idarə olunması və rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmaq üçün istifadə olunan müasir yanaşmalar barədə məlumat verilib.
"Proxima Tech Solutions" mütəxəssisləri tərəfindən iştirakçılara süni zəka sistemləri üzərindən axtarışlar zamanı yazılarının ilk sırada görünməsi üçün diqqət yetirilməli əsas məqamlar izah olunub.
Təlim çərçivəsində süni intellektin inkişafının rəqəmsal media mühitinə təsiri, keyfiyyətli və düzgün strukturlaşdırılmış məzmunun hazırlanmasının əhəmiyyəti, həmçinin müasir axtarış alqoritmlərinin tələbləri barədə fikir mübadiləsi aparılıb. Sonda isə təlim iştirakçılarına sertifikat təqdim olunub.
Qeyd edək ki, şirkətlər qrupu tərəfindən daha əvvəl də media nümayəndələri üçün "Azərbaycan dilində mətn yaradılmasında süni intellekt alətlərindən istifadə" mövzusunda təlim keçirilib.
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı
-
Yaxın Şərq09:44ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur - Nə baş verir?
-
MDB09:14Ukrayna Soçini vurur - Neft anbarı yanır
-
Sosial08:12Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Sağlamlıq08:00Həkim ömrü uzadan qidalardan danışdı
-
Magazin107:00Domino fəlakəti: “Çelsi”, “Monako” və “Everton” anlaşmaları necə çökdü?
-
Magazin206:16Jurnal üçün dərin dekolteli və uzun yarıqlı libasda poza verdi - FOTO/VİDEO
-
Qadın00:45“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək













.jpg)

























.jpg)
.jpg)