Nida Xəbər
Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlamasına münasibətində bildirib.
"Gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, artımlar növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir: "Azərbaycanda minimum əmək haqqı artımları artıq mütəmadi xarakter alacaq. Dövlət başçısının 2026-cı ilin fevralında təsdiqlədiyi dəyişikliyə əsasən, 2027-ci ilin fevralına qədər minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".
"2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsait ümumi xərclərin 44 %-ni təşkil edəcək. Bu o deməkdir ki, 18,5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu, yeni sosial paketin anonsudur", - deyə V.Bayramov vurğulayıb.
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı

















.jpg)





















.jpg)

