Nida Xəbər
İlham Əliyevin bu addımı münasibətlərimizi yeni və misli görünməmiş bir səviyyəyə qaldırdı - Almaniya səfiri
Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı – Alman Birliyi Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.
Səfir Dirk Lölken tədbirdə çıxış edərək Alman Birliyi Gününün tarixindən danışıb.
"Güman edirəm ki, hər bir yeni səfir belə hesab edir ki, onun yeni ölkəyə gəlişi ilə ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyacaq və tezliklə misli görünməmiş bir səviyyəyə çatacaq. Mən də istisna deyiləm. Həyat yoldaşımla Bakıya gəldiyimiz iyul ayının həmin günündə Prezident İlham Əliyev Almaniyanın Federal kansleri ilə "Strateji gündəlik" sənədini imzalamaq üçün Berlinə yola düşdü və bununla da münasibətlərimizi həqiqətən də yeni və misli görünməmiş bir səviyyəyə qaldırdı", - deyə diplomat qeyd edib.
Səfir qeyd edib ki, Almaniya Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yüksək qiymətləndirir: "Bu, zaman tələb edəcək, lakin regionda davamlı barışıq iqtisadi tərəqqinin və beynəlxalq əməkdaşlığın təməli olmalıdır.
Biz almanlar birləşmə yolunda bizi dəstəkləyən qonşularımıza, müttəfiqlərimizə və dostlarımıza həmişə minnətdar olacağıq. Bu dövrün baxışlarını və prinsiplərini müdafiə etməyi özümüzə borc bilirik. Biz bunu bizim evimiz və ailəmiz olan Avropa İttifaqının üzvü kimi edəcəyik.
Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik".
Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video









.jpg)















.jpg)












