Nida Xəbər
Almaniyanın həbs edilən keçmiş kəşfiyyat rəisi Azərbaycana işləyirmiş? - Şok iddia
Oktyabrən 6-da casusluqda ittiham olunaraq həbs edilən Almaniyanın keçmiş kəşfiyyat rəisi Avqust Hanninq Azərbaycan kəşfiyyatı üçün analitik hesabat hazırlayırmış.
Publika.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Nəşrin məlumatına görə, Hanniq Federal Kəşfiyyat Xidmətindəki (BND) keçmiş aparat rəhbəri vasitəsilə naməlum "gizli" sənədlər alıb və onlardan hesabat hazırlamaq üçün istifadə edib. Prokurorluğun məlumatına görə, bu sənəd daha sonra "xarici kəşfiyyat təhlükəsizlik aparatının əməkdaşına" göndərilməli idi. İddia edilən müştəri Azərbaycan kəşfiyyat zabiti idi. Təhlilin nəzərdə tutulan alıcıya çatıb-çatmadığı məlum deyil.
Hanninq 1998-ci ildən 2005-ci ilə qədər BND-yə rəhbərlik edib. Kəşfiyyatdan ayrıldıqdan sonra Almaniya Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsinə yüksəlib və daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Hanninqlə bağlı istintaq, 2025-ci ilin sentyabr ayında onun evində və ofislərində aparılan axtarışlardan sonra, iş adamı Kristina Blokun uşaqlarının oğurlanması iddiası ilə bağlı başqa bir işlə əlaqədar olaraq başlayıb. RBK xəbər verir ki, polis müsadirə edilmiş materialları araşdırarkən, orada Almaniya kəşfiyyatının məxfi sənədlərinin olduğu elektron yaddaş cihazı aşkar edib.
Daha sonra materiallar federal orqanlara təhvil verilib və 2026-cı ilin may ayında Baş Prokurorluq Hanninq və kəşfiyyat xidməti daxilində məlumatın mənbəyi olduğu iddia edilən şəxslə bağlı araşdırma başladıb.
Müəllif: Tural
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video









.jpg)





.jpg)







.jpg)











