Nida Xəbər
Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi
Ermənistanın baş naziri Nikol Paşinyanın Türkmənistanda velosiped sürərkən Azərbaycan mahnısının sədaları altında video paylaşması müzakirələrə səbəb olub. Tənqidlərdən sonra baş nazirin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Factor.am nəşri məlumat yayıb.
Baş nazirin mətbuat xidmətindən bildirilib ki, Paşinyanın paylaşımında eşidilən musiqi Türkmənbaşı şəhərindəki fəvvarələrdən səslənib.
“Baş nazirin paylaşımında eşidilən musiqi fəvvarələrdən gəlir və fəvvarələrin musiqisidir. Video səhər saat 05:30-da çəkilib. Baş nazirin diqqətini də məhz həmin vaxt fəvvarələrin musiqi sədaları altında işləməsi cəlb edib”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped sürərkən çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. O, izləyicilərinə “Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm” sözləri ilə müraciət edib.
Videonun fonunda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi “Aram-aram” mahnısı səslənib. 2023-cü ilin noyabrında yayımlanan mahnı Paşinyanın paylaşımından sonra həm Azərbaycan, həm də Ermənistan sosial şəbəkələrində müzakirə olunub.
Qeyd edək ki, Paşinyan Türkmənistanda MDB ölkələrinin liderlərinin sammitində iştirak edir.
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO

























.png)












.jpg)