Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Sudan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən məmnunluq ifadə olunub, bu çərçivədə ölkələrimiz arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların mövcud olduğu bildirilib.

İki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında mülki müdafiə, yanğın təhlükəsizliyi və digər istiqamətlərdə, o cümlədən təcrübə mübadiləsi və mütəxəssis hazırlığı məsələləri üzrə əməkdaşlığın qarşılıqlı faydası vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm