Nida Xəbər
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğızıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionunun təbii irsinin qorunub saxlanılması məqsədilə ağaclar əkiblər.
Sonra dövlət bayraqlarının qarşısında rəsmi xatirə fotosu çəkdirilib.
İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə orduların əməliyyat və döyüş hazırlığının təşkili, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində insansız sistemlərin və robototexnika komplekslərinin praktiki tətbiqi, həmçinin hücum və müdafiə zamanı pilotsuz uçuş aparatlarının tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, ordu idmanı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yarışların təşkili, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasının yekunda 2026-cı il ərzində görülmüş işlərin nəticələri ilə bağlı sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya

























.jpg)









