Azərbaycan alimi dünyanın “iyirmi beyni” arasında
Bizi izləyin

Digər

Azərbaycan alimi dünyanın “iyirmi beyni” arasında

Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək. G20-yə 2015-ci ildə ev sahibliyi edən Türkiyə qonaq ölkə kimi Azərbaycanı da toplantıya dəvət edib. Toplantı çərçivəsində, həmçinin T20 (“Beyin İyirmiliyi”) tədbirinin təşkil edilməsi də nəzərdə tutulur. Tədbirdə Azərbaycanın ekspert cəmiyyətini İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov təmsil edəcək.

Vüqar Bayramov Publika.az-a bildirib ki, tədbirdə, eyni zamanda Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi iştirak edəcək. İqtisadçı alim deyir ki, tədbir çərçivəsində qlobal innovasiya, dayanıqlı sənayeləşmədə yeni texnologiyaların rolu, qlobal maliyyə tənzimləmələri və s. qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. Tədbirdə qlobal beyin mərkəzlərinin gələcək fəaliyyətlərinin koordinasiyası ilə bağlı yeni platformanın hazırlanması və inkişaf etdirilməsi gözlənilir.

Qeyd edək ki, iqtisadçı alimin tədbirdə iştirakı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm