“Azərkimya” yenilənəcək
Bizi izləyin

Digər

“Azərkimya” yenilənəcək

“Azərkimya” İstehsalat Birliyi 2020-ci ilə qədər tam modernizasiya olunacaq.

Publika.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda kimya sənayesinin 70 illiyi ilə əlaqədar keçirilən tədbirdə qeyd edib.

O qeyd edib ki, “Azərkimya”nın modernizasiyası üzrə 2015-2019-cu illər üzrə proqram həyata keçirilir. Bu proqrama uyğun olaraq “Azərkimya”nın mövcud qurğularının tam modernləşdirilməsi həyata keçiriləcək.

R.Abdullayev bildirib ki, İB-də aparılan modernləşmə Sumqayıt Kimya Parkında yaradılacaq yeni zavodların xammalla təminatı üçün vacibdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm