Digər
Barrozu Heydər Əliyev Mərkəzində oldu - FOTOLAR
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər
Əliyev Mərkəzində olublar.
Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birlikdə Heydər Əliyev Mərkəzini gəzdilər.
Mərkəzin fəaliyyəti ilə tanış olan qonaq əvvəlcə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdı. Ulu Öndərin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.
Mərkəzdə “Azərbaycan inciləri” bölməsi də fəaliyyət göstərir. Bölmədə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.
Prezident İlham Əliyev və Joze Manuel Barrozu Mərkəzdə məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisinə də baxdılar. Sərgidə heykəltəraşın biri-birindən maraqlı əsərləri nümayiş olunur.
Sonra qonaq Mərkəzin “Auditorium” və konfrans zallarına baxdı.
Daha sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzinin qarşısında tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisi ilə tanış oldular. Burada nadirliyi ilə fərqlənən və müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalar nümayiş olunur.
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO







.jpg)






.jpg)




.jpg)











