Digər
Prezident İlham Əliyev AŞPA-da sualları cavablandırıb - Yenilənib 2
Prezident İlham Əliyev nitqini başa vurub və sual-cavab başlayıb. Sual üçün ilk söz alan İrlandiya nümayəndə heyətinin üzvü, Azərbaycanda siyasi məhbuslar məsələsini yenidən AŞ PA-nın gündəminə gətirməyə çalışan Maykl Maknamara olub.
Maknamara ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda “siyasi motivli həbslər aparıldığı” barədə danışıb, siyasi məhbusları azad etməyə çağırıb.
Prezident İ.Əliyev Maknamaraya sərt cavab verərək bildirib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur. Azərbaycan prezidenti Kristofer Ştrasserin yalan məlumatlar əsasında siyasi məhbus məruzəsi hazırlayıb AŞ PA-nın qış sessiyasında təqdim etdiyini, lakin bu səylərin iflasa uğradığını bildirib.
“Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur” - deyə o, vurğulayıb. Prezident Əliyevə verilən suallardan biri də Hüquq müdafiəçisi Leyla Yunusla bağlı olub. Prezidentdən Leyla Yunusla niyə kobud rəftar olunub deyə soruşulub. Cavab verib ki, məlumat yalandır, tam əksinə, Leyla Yunus polislə kobud rəftar edib, araşdırmalara imkan verməyib, istintaqdan qaçmaq istəyib.
Virtualaz.org
15:51
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret
addımlar atmaq fikrində deyil".
Publika.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Avropa
Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.
Prezident bildirib ki, işğal etdiyi Azərbaycan torpaqlarını tərk
etmək istəməyən Ermənistan Dağlıq Qarabağda hazırkı vəziyyəti
saxlamaq istəyir. Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağın
Azərbaycan ərazisi olduğunu qəbul edir. Ermənistan isə bununla
razılaşmaq istəmir. İşğal nəticəsində tarixi abidələr,
qəbirstanlıqlar, məscidlər dağıdılıb. 20 il keçib. Lakin münaqişə
öz həllini tapmır. Ermənistan Qarabağı tərk etmək istəmir. Dağlıq
Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır”.
15:17
Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan prezidenti İlham Əliyev AŞ PA sessiyasının keçirildiyi zala daxil olub. Əliyev zala daxil olarkən alqış səsləri eşidilib, Azərbaycan prezidenti zalda onun üçün ayrılmış yerdə əyləşib.
AŞ PA prezidenti Ann Brasser Azərbaycan prezidentini assambleya üzvlərinə təqdim edib. Bildirib ki, İ.Əliyev əvvəllər AŞ PA vitse-prezidenti olub və Avropa Şurasının işində fəal iştirak edib. A.Brasser xatırladıb ki, indi İ.Əliyev iclasda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkənin dövlət başçısı kimi iştirak edir.
A.Brasser Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub, ölkənin ərazilərinin bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin nizamlanması üçün Minsk Qrupunun vasitəçilik etdiyini, AŞ PA-nın da tərəflər arasında sülhə nail olmaq üçün səylər göstərdiyini bildirib.
Brasser həmçinin İ.Əliyevin 2004-cü ildə AŞPA-dakı çıxışını xatırladıb və deyib: “Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur”.
Prezident İlham Əliyev çıxış üçün tribunaya qalxıb və A.Brasserə müraciətlə bildirib: “Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq”.
Prezident xatırladıb ki, Azərbaycanda demokratik Konstitusiya var, siyasi azadlıqlar, toplaşmaq azadlıqları, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV-lər fəaliyyət göstərir. İnternet azaddır. Prezidentin sözlərinə görə bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər. Əliyev Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini də bildirib.
Virtualaz.org
15:14
Bu dəqiqələrdə Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edir. Publika.az Dövlət başçısının çıxışını təqdim edir:
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı





























