Digər
“Həmas”: “İsrail dini döyüş xəbərini verdi”
İsrail hökuməti İsraili “Yəhudi xalq dövləti” olaraq təyin edən "Yeni vətəndaşlıq haqqında qanun” layihəsini təsdiqləyib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail hökumətinin qərarına Fələstinin “Həmas” təşkilatından sərt reaksiya verilib.
“Həmas” qəbul edilən qanunu “dini bir döyüşün xəbərçisi" olaraq xarakterizə edib. Təşkilat hesab edir ki, qanun fələstinliləri "yəhudi dövləti yəhudi xalqı üçündür" deyimini tanımağa məcbur etmək üçün hazırlanıb.
Sözügedən qanunda İsrail "Yəhudi xalqının ana vətəni və xalq dövləti" olaraq təyin olunur və hər vətəndaşın bərabər haqlara sahib olduğu vurğulanır. İsrail baş naziri Benyamin Netanyahu hökumətin iclasında “İsrail dövləti yəhudilərin xalq dövlətidir. Hər vətəndaş bərabər haqlara malikdir. Lakin yalnız yəhudilərin bayraq, milli marş, İsrailə köç etmək və digər simvollar kimi milli haqları var" deyib.
Netanyahu fələstinlilərin “Yəhudi şəxsiyyəti”nə qarşı çıxdığını ifadə edib: “Fələstinlilər bunu qəbul etmir. Onlar Fələstin dövlətinin tanınmasından məmnunluq duyduğu halda, yəhudi xalq dövlətinə qarşı çıxırlar".
İsraili "Yəhudi xalqının dövləti olaraq" nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib.
Ömər Dağlı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir