Digər
“Almaniyanı özümüzə qarşı çevirməməliyik” - MÖVQE
“Təəccüblənməyə dəyməz, çünki zəngin təbii resurslara sahib ölkələr tarix boyu böyük dövlətlərin maraq mərkəzlərində olub”. Bu sözləri Publika.Az-a Ankara Universitetinin əməkdaşı, politoloq Vurğun Həsənli son vaxtlar Almaniyada anti-Azərbaycan təbliğatı ilə bağlı bildirib.
Vurğun Həsənli sözünü belə davam etdirib: “Azərbaycan da təbii resurslara malik dövlət kimi buna bənzər pusqularla qarşı-qarşıya qalıb və qalacaq. Əsas məsələ keçmişdə başımıza gətirilmiş faciəvi pusqulara təkrar düşməməkdir.
Almaniya Cənubi Qafqazda əliboş qalmış ölkələrdən biridir. Həmçinin Azərbaycandan “pay” ala bilməmiş bir çox qruplar Almaniya liderliyində birləşərək bir kampaniyaya start veriblər. Hazırda məsələ ciddi görsənməsə belə, ehtiyatlı olub, bu mərhələdən üzüağ çıxmaq üçün konkret addımlar atmaq lazımdır. Ancaq Almaniya ilə gərginliyi artırmağa çalışmaq lazım deyil. Almaniya Avropa İttifaqının ən aparıcı iki dövlətindən biridir. Eyni zamanda Almaniyanın istənilən zaman Avropa İttifaqı ölkələrini Azərbaycan əleyhinə çevirə biləcək gücə malik olduğunu unutmamalıyıq”.
Politoloq onu da əlavə edib ki, İndiki mərhələdə gərginliyi artırıcı siyasətdən uzaq durmaq lazımdır: “Almaniya mətbuatının yazdıqlarını təmkinlə qarşılmaq lazımdır. Gərginlik artıqca, anti-Azərbaycan təbliğatı coğrafiyasının genişlənə biləcəyi ehtimalı da mövcuddur. Buna görə də, gərginliyin düşürülməsi üçün bütün mümkün yollar gündəmə gətirilməlidir”.
Elnur Eltürk
Publika.Az
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri
-
İKT11:06
“Whatsapp”a "ev yıxan" yenilik gəlir
-
Yaxın Şərq10:30
Rusiyanın hərbi bazaları necə olacaq? - Suriyanın yeni hakimiyyətindən rəsmi açıqlama
-
Avropa09:18
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
-
Dünya09:12
Ağlasığmaz məbləğ: Əsəd Suriyadan bu qədər pul çıxarıb
-
İdman08:48
Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?
-
Nəqliyyat08:36
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ08:00
ABŞ-da güclü zəlzələ oldu