Digər
“Bank ödənişləri əvvəlki məzənnə ilə həyata keçirilsin” – Açıqlama
“ABŞ dollar ilə göstərilən kredit müqavilələrdə devalvasiyadan sonra manatla ödənişlərdə güzəştlərin tətbiq edilməsinə ehtiyac var”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O deyib ki, Mərkəzi Bankın tövsiyyəsi ilə həmin kredit faizlərinin aşağı salınması həyata keçirilə bilər: “Bununla da, devalvasiya nəticəsində yaranan fərqin bir hissəsi aşağı faizlər hesabına kompensasiya edilə bilər. Bütövlükdə, Mərkəzi Bank çalışmalıdır ki, ödənişlər əvvəlki məzənnə ilə həyata keçirilsin ki, problemli kreditlərin həcmi artmasın”.
Əmək haqqı artımlarının vacib olduğunu bildirən iqtisadçı deyib ki, manatın dəyərinin azalması büdcənin manatla daxil olmalarını artırdığı üçün dövlət büdcəsindən maliyyələşən işçilərin, xüsusən də müəllim və həkimlərin əmək haqqlarının və eləcə də pensiya məbləğlərinin artırılması məqsədəuyğundur: “Bu il dövlət büdcəsindən 6 milyard manat vətəndaşların əmək haqqı və pensiyalarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulub. Bu vəsaitin 3.5 milyard manatı əmək haqlarının, 1.9 milyard manatı təqaüd və sosial müavinətlərin, digər hissəsi isə sosial yardımların verilməsi üçün nəzərdə tutulub. Bu o deməkdir ki, büdcədən maliyyələşən bütün işçilərin əmək haqqı, pensiya və sosial xərclərini 20 faiz artırmaq üçün bu il orta hesabla 1.2 milyard manat vəsait lazım olacaq”.
İqtisadiyyat şöbəsi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR