Paranormal
Balaca cadugərlər, uşaq ovu, yandırılan körpələr – QARA MAGİYANIN DƏHŞƏTİ
Afrika bütün hüquqi dövlət quruluşlarına və qanunlarına
baxmayaraq, ənənələrlə yaşayan qitədir və bu ənənələrin çoxəsrlik
tarixi var. XXI əsr olmasına baxmayaraq, “Qara Qitə”nin qara
magiyaya inamı tükənmir. Cadugərlik və qətllərin baş verdiyi
ayinlər qitədə geniş yayılıb. Nə qədər qəddar və qəribə görünsə də,
Afrika uşaqları şamanların (dini təriqət lideri) və cadügərlərin
qurbanına çevrilir. Və bütün bunlar valideynlərinin razılığı
əsasında baş verir.
Publika.az “Qara Qitə”nin qara magiyasını təqdim edir:
Albinos ovu
Albinoslar (sarışın zəncilər, dərisi və saçları sarıya çalanlar)
Afrikada ən çox təqib olunan qruplardır. Mərkəzi Afrika ölkələrində
bir çox inanclara görə, albinos uşağın doğuluşu çox pis
əlamətdir.
Lakin albinos uşağın bədəninin müxtəlif hissələrindən və
orqanlarından sehrdə, eləcə də müalicədə istifadə etmək mümkündür.
Albinosların orqanları daha çox Keniya, Konqo və Tanzaniyanın ara
həkimləri tərəfindən istifadə olunur. Öldürülmüş albinosun müxtəlif
orqanlarının qiyməti ayrı-ayrılıqda 1000 dollardır. Bütöv bədən isə
75 min dollara qədərdir. Albinos zəncilərin cinsiyyət orqanına daha
çox təlabat var. Buna səbəb QİÇS xəstəliyidir. Mövhumata görə,
qurudulmuş cinsiyyət orqanını yeyən QİÇS xəstəsi bundan xilas ola
bilər.
Albinos ovçuları uzun müddət cəzasız qalırdılar. Onların qurbanları
haqqında “itkin” elanları çıxırdı. Tanzaniyada hökumət bununla
bağlı cinayət işini ilk dəfə 2009-cu ildə açdı. Qatilləri asdılar.
Bundan sonra ovçular öz qurbanlarını öldürmür, əvəzində əzalarını
kəsməyə başladılar. Əgər məhkəmə qarşısına çıxsalar, onları ağır
işgəncə və 5 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Ötən il
Tanzaniyada altı yaşlı albinos uşağın əlini kəsdilər. Hücum
edənlərin arasında oğlanın atası da var idi.
Albinos uşaqları qorumaq üçün xüsusi internatlar fəaliyyət
göstərir. Lakin bu, onları həmişə hücumdan xilas etmir. Bəzən
mühafizəçilər rüşvət qarşılığında ovçuların uşaqları oğurlamağına
şərait yaradırlar.
Yandırılan körpələr
“Qara Qitə”nin dəhşətləri bununla bitmir. Ənənələrə görə, uşaq
doğulan vaxt ana ölürsə, yeni doğulmuş körpə lənətlənmiş hesab
olunur. Hesab olunur ki, bu uşaqlar bədbəxtliyin əlamətidir, buna
görə də onları öldürmək lazımdır. Bu, fiziki qüsurlu uşaqlara da
aiddir. Belə uşaqları ən çox yandırır və ya zəhərləyirlər. Lakin
heç vaxt deyilmir ki, körpə öldürülüb. Onlar haqqında danışırlar:
“Uşaq valideynlərinin yanına yola düşdü”. Qatil isə “onu müşahidə
edən” adlandırılır.
Hökumətlər bu qorxunc adətlə mübarizə aparmağa çalışır. Lakin
“lənətlənmiş” uşaqlar 15 yaşına qədər sığınacaqlarda qala bilirlər.
Onlar daha sonra geri qayıdırlar. İllər keçməsinə baxmayaraq,
onlara çıxarılmış ölüm hökmü ləğv olunmur.
Əkizlərdən biri mütləq öldürülür
Madaqaskarda olan tayfalarda isə əkiz uşaqlarla bağlı qəribə
mövhumat var. Belə ki, əkiz uşaqların mütləq biri ölməlidir.
Mövhumata görə, əkiz uşaqların birgə yaşaması ananı cinlərlə
əlaqəyə girməsinə səbəb olur. Son vaxtlar qaydalar bir qədər
yumşalıb. Daha onları öldürmürlər. Əkiz uşaqların ilk doğulanı
götürülür, ikincisi isə tərk edilir.
Nigeriyada isə belə inam var ki, əkizlər bir-birinə oxşamırsa,
onlardan biri tezliklə öləcək. Təriqət rəhbərini aldatmaq üçün
valideynlər əkiz uşaqlara eyni paltarları geyindirir, saç
düzümlərini bir-birinə oxşadırlar.
Azyaşlı cadugərlər
Nigeriyada cadugərlik qanunvericiliklə qadağandır. Sehrli
mərasimlər keçirənləri uzun illik həbsxana gözləyir. Lakin bu
məsələdə də bəzən təhrifə yol verilir. Misal üçün, bir neçə il öncə
Avropadan olan iki könüllü azyaşlı oğlanı acından ölməkdən xilas
etdi. Bu uşaq cadugər elan olunmuş və evdən qovulmuşdu.
Konqo Demokratik Respublikasından olan Naomi danışır ki, onun
valideynləri ölüb: “Daha sonra babam xəstələndi. Xalam məni cadugər
elan etdi. Dedi ki, niyə hər kəs xəstələnir? Onlar sənə görə belə
olurlar”.
Belə hadisələr yüzlərlədir. Konqo hökuməti həddi buluğa
çatmamışların cadugərlikdə ittiham olunmasını qadağn edən qanun
qəbul etdi. Lakin vəziyyət praktiki olaraq dəyişməyib. Uşaqlara
kömək edən müxtəlif xeyriyyə fondlarının nümayəndələri danışırlar
ki, problem təkcə mövhumatda deyil. Onların sözünə görə, çoxuşaqlı
ailələrdə valideynlər uşaqlarının hamısını yedirə bilmirlər. Buna
görə də cadugərlik bəhanəsi ilə onların bəzilərini küçəyə
atırlar.
2013-cü ildə “Humane Africa” təşkilatının “Uqandada qurbanlar və
şikəst uşaqlar” haqqında məruzəsi əsil şok yaratdı.
Ruhlara verilən qurbanlar
Təşkilatın məlumatına görə, ölkədə uşaq qurbanları mütəmadi olaraq
baş verir. Demək olar ki, hər həftə bir uşaq ölür. Həm də bu,
ayinlər zamanı törədilən qətllərlə baş verir. Belə ayinlər artıq
biznesə çevrilib. Bir neçə il öncə Uqandanın paytaxtı Kampalendə
həbs olunan bir biznesmen oğlan uşağının qətlini sifariş verməkdə
günahlandırılırdı. O, uşağın bədəninin hissələrini öz tikinti
sahəsində basdırmışdı. Biznesmen ömürlük həbsə məhkum
edilmişdi.
Yerli biznesmenlər bununla böyük layihəni işə salmamışdan öncə
ruhları təmin edərək, onlardan “dəstək” alırlar. Qurbanları
cadugərlərə hətta yaxın qohumları da gətirir.
2011-ci ildə bir müştəri 12 yaşlı qardaşı oğlunu kahinə gətirərək
bildirdi ki, uşağın qanı ruhlara lazımdır. Buna görə o, pul tələb
edirdi. Bəzən cadugərlər sifarişçilərdən öz uşaqlarını qurban
verməyi tələb edərək, onları yoxlayırlar. Nəticədə, bəzi
valideynlər mərasimdən imtina edirlər.
Cadugərdən qorxan polislər
Lakin statistika belə cinayətlərin hər il artdığını göstərir.
Hüquq-mühafizə orqanlarında qətl törədilən ayinlərlə mübarizə üzrə
xüsusi şöbə fəaliyyət göstərir. Lakin polislər cadugərlərdən
qorxduğu üçün çox vaxt göz yumurlar. Bununla yanaşı, bəzi polislər
rüşvət qarşılığında cinayəti qeydə almırlar.
2008-ci ildə aparılan tədqiqata görə, Uqanda ilə yanaşı, CAR və
Mozambikdə də oxşar hadisələr baş verib. Qurbanların böyük
əksəriyyəti 3-18 yaş arası uşaqlardır. Bəzən hamilə qadınları
öldürərək, uşağın doğulmasının qarşısını belə alırlar.
Cadugərlərin özləri qurbana çevrilir
Afrikada bir çox hallarda cadugərlərin özləri qurbana çevrilir.
2014-cü ildə Tanzaniyada yeddi insan öldürüldü. Məlumatlara görə,
onlar cadugər olublar. Yerli sakinlər bu cadugərlərin keçirdiyi
sehrli ayinlərdən şübhələndikləri üçün onları qətlə yetirib. Hər il
500 ara həkimi öldürülür. Lakin onların sayı tükənmir, daim
yeniləri gəlir və əcdadlarının işini davam etdirirlər.
Asif Nərimanlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək