Paranormal
Yupiterdə Yerdə baş verənlər təkrarlanır - NASA-dan şok araşdırma
Amerika Kosmik və Aviasiya Agentliyinin (NASA) araşdırmaçıları Yupiter planetində Yer kürəsindəki kimi şimşək çaxmasının səbəbini öyrənib.
Publika.az xəbər verir ki, NASA Yupiteri müşahidə edən Yuno kosmik gəmisinin verdiyi bilgilər sayəsində şimşəklərin ekvator bölgəsində deyil, qütblərdə daha çox olduğunu öyrənib.
Yunonun kəşfiyyat peryki olan Mikrodalğa Radiometr ilə şimşəklərin daha öncə əldə edilməyən elektrik tezlikləri ölçülüb və şimşəklərin Yerdəki gücdə və tezlikdə olduğu üzə çıxıb.
Buna rəğmən, şimşəklərin çoxaldığı bölgələrin dünyadan niyə fərqli olduğunu araşdıran elm adamları bunun Günəşdən qaynaqlanan istiliklə bağlı olduğu qənaətinə gəlib.
Yupiterin orbiti Günəşə Yerlə müqayisədə 5 qat daha uzaqdır və buna görə Yupiter planetimizə nəzərən 25 qat daha az istilik ala bilir. Planetin ekvator bölgəsində müəyyən istilik olsa da, Yerdə olduğu kimi kəskin buxarlanma baş vermir.
Yerin əskinə olaraq, Yupiterdə ekvatorun üst qisimləri müəyyən səviyyədə isinir və sabit bir iqlim yaradır. Yuxarıdakı istilik altdakı qazların yüksəlməsini əngəlləyir və cəbhələr arasında şaquli elektrik gücü yaranır, yəni şimşəklərin ortaya çıxmasını əngəlləyir.
Qütb bölgələrində atmosferin yetəri qədər istilənməməsi nüvədəki isti qazların yuxarı çıxmasına səbəb olur. Bu vəziyyətdə şimşəklər əmələ gəlir.
Yupiterdəki şimşəkləri ilk dəfə 1979-cu ildə NASA-nın “Voyager 1” kosmik gəmisi tərəfindən təsbit edilib. NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi Yuno peyki 2016-cı ilin iyul ayından bəri Yupiterin orbitində kəşfiyyat fəaliyyətlərini davam etdirir.
Zümrüd
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













