Paranormal
Saturnun peykində üzvi molekul birləşmələri tapıldı
Alimlər Saturn planetinin təbii peyki olan Enseladda üzvi molekul birləşmələri tapıblar.
Publika.az xəbər verir ki, on dörd il əvvəl NASA-nın Saturna göndərdiyi “Cassini” kosmik gəmisinin Yerə ötürdüyü məlumatların uzunmüddətli tədqiqi nəticəsində orada yalnız Yer planetində rast gəlinən karbon tərkibli molekullar aşkar edilib. Molekulların peykin mərkəzindəki isti qayalar və donmuş səthin altında yerləşən okeanın qarşılıqlı təsiri nəticəsində yarandığı ehtimal olunur. 2005-ci ildə ilk dəfə Saturnun bu peykinin buzla örtülmüş səthinə enən “Cassini” komik gəmisinin məlumatları göstərir ki, karbondan yaranan üzvi birləşmələrdə həyat əlaməti ola bilər.
Tədqiqatların müəllifi, Almaniyanın Heydelberq Universitetinin professoru Frenk Postberq bildirib ki, tapılan böyük molekullar yüzlərlə atomdan ibarətdir. Onun sözlərinə görə, Yer planetində onlar bioloji şəklidə yaranır, amma Enseladda digər ehtimallar da istisna edilmir. Professor qeyd edib: “Bu molekullar həyatın mövcud olması üçün əsas amildir. Lakin Saturnun peykində onların bioloji, yaxud kimyəvi əsasda meydana gəldiyini söyləyə bilmərik”.
Professor Postberq əlavə edib ki, Enseladda canlı aləmin mövcudluğu üçün zəruri olan sulfat və fosfor izlərinə rast gəlinməyib. “Lakin “Cassini” kosmik gəmisi ötən ilin sentyabrında Saturnun atmosferinə daxil olaraq yandıqdan sonra planetin bu peykindən kosmosa yayılan su mənbələri kəşf edilib. İndi bizim üçün məntiqli addım yeni komik gəmi ilə Enselada uçmaq və orada həyat əlamətləri axtarmaqdır”, - deyə Frenk Postberq vurğulayıb. (Azərtac)
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













