Paranormal
Başqa dünyadan qalaktikamıza gələn ilk cisim haqqında İNANILMAZ FAKTLAR
Başqa bir ulduz sistemindən Günəş Sisteminə keçdiyi təsbit edilən ilk cisim olan “Oumuamua”nın (Kəşfiyyatçı) mənşəyi məlum olub.
Publika.az xəbər verir ki, incə, uzun quruluşa malik qəribə cismin quyruqlu ulduz və ya asteroid olması mübahisələrə səbəb olub.
İtaliyalı astronom Marko Miçelinin rəhbərlik etdiyi komanda ilk dəfə Havay adalarındakı “Pan-STARRS” teleskopu tərəfindən 19 oktyabr 2017-ci ildə kəşf edilən “Oumuamua” üzərində araşdırma aparıb. Nəticələri “Nature” dərgisində yayımlanan araşdırmada yad cismin təbiəti, sürəti və orbiti incələnib. Cismin sürətini sadəcə Günəş Sisteminin cazibə qüvvəsi ilə deyil, içindəki qazların xaricə çıxması nəticəsində əldə etdiyi ortaya çıxıb.
Quyruqlu ulduzların uçmalarını təmin edən şeyin içlərindəki qaz yığıntısını xaricə buraxmaq olduğunu vurğulayan araşdırmaçılar sözügedən cisimdəki qazın karbon-monoksid, karbon-dioksid və sudan yaranmasına dair sübut tapıb. Miçeliyə görə, əldə edilən ən dəqiq bilgilər cismin asteroid olmasını göstərir. Ancaq “Kəşfiyyatçı”nı bir asteroid olaraq təqdim etmək, ulduzlararası səyahətin hələ də açılmayan sirləri haqqında bir çox sualı cavabsız qoyur.
Mövzuya dair açıqlama verən Havay Universitetinin Astronomiya İnsitutunun mütəxəssisi Karen Miç nəsnənin quyruğunun hər hansı qaz və ya tozdan ibarət olmadığ üçün asteroid olduğunu düşündüklərini deyib. Ancaq nəsnənin quyruğunda eynən quyruqlu ulduzlarda olduğu kimi mavi deyil, qırmızı izlər olduğunu ifadə edib.
“Oumuamua”nın quyruqlu ulduz olduğuna işarə edən alimlər araşdırmlarını bu istiqamətdə davam etdirir.
Zümrüd
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













