Paranormal
Keçmiş həyatımızın günahlarını niyə bu həyatda çəkirik? - ŞOK FAKTLAR
Bəzən insanlar həyatlarında baş verən uğursuzluqlardan, bəlalardan şikayətlənib, tanrı buna necə yol verdi deyirlər. Axı niyə mənə haqsızlıq edənləri günahlandırmır? Lakin təbii ki, bizim dünyamız qəddarlıqları, pislikləri bağışlamır. Bütün bunlar karma ilə insanlara geri dönür.
Parapsixoterapevtlər bu yaxınlarda qəribə bir araşdırma aparıblar. Onlar insanın keçmiş həyatındakı yanlışlarının hazırki həyatına mənfi təsirlərini üzə çıxardıblar.
Publika.az bu heyrətamiz təcrübənin bir sıra nümunələrini təqdim edir.
Seansda iştirak edən iki yaşlı qızın doğuşdan ürək çatışmazlığı və eşitmə qüsuru var. Mütəxəssilər onun keçmiş həyatını açmağa çalışırlar. Məlum olur ki, bu qız keçmiş həyatında özündən 30 yaş böyük kişi ilə ailə qurur. Artıq toy ərəfəsində gələcək ərinin ürək xəstəsi olduğunu da öyrənir. Gənc qadın ərinə nifrət edir və ona ölüm diləyir.
Ekstrasenslərdən biri iddia edirdi ki, seans vaxtı iki yaşlı qızın keçmiş həyatını aydın görürdü. Öncəki həyatda qadın əri ilə hər gün mübahisə edərdi. Elə bu davaların birində yaşlı ərin ürək ağrıları başlayır. Yerdə sürünərək arvadından ona kömək etməsini istəyir. Hətta xırıltılı səsi ilə ona yalvarmağa başlayır. Qadın qulaqlarını möhkəm bağlayıb, kənara qaçır. Əri öləndən sonra qadın özünü günahkar hiss edir. Bu vicdan əzabı onu rahat buraxmır. Odur ki, növbəti həyatda kar və ürək qüsuru ilə yenidən dünyaya gəlir.
Seans vaxtı ekstrasenslər qəribə bir halla da rastlaşırlar. Belə ki, Kanadada yaşayan 32 yaşlı qadın xaçdan qorxur, kilsəyə getmir. Kilsəyə hər gedişi bir doğmasının ölümü ilə sonlanır. Sevdiyi insansa onunla kilsədə evlənmək istəyir.
Məlum olur ki, keçmiş həyatında bu qadın kişi olub. Hətta ekstrasens onunla kilsəyə girib, rahibi vəhşicəsinə öldürdüyünü də açıq-aydın gördüyünü deyir. Boğazındakı xaçlı boyunbağı ilə qoca rahibi boğur, sonra isə oradan uzaqlaşır. Ona görə bu həyatnda karma onu belə günahlandırır.
Ekstrasenslər iddia edirlər ki, bu tip təcrübləri çox aparırlar.
Onlara inanıb-inanmamaqsa öz əlimizdədir. Amma istənilən halda ömrümüzü daha qüsursuz yaşamağa çalışmalıyıq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi