Paranormal
Marsa köçmək istəyənlərin arzusu puç oldu - ARAŞDIRMA
Qalaktikamızın "Qırmızı planet"i adlandırılan Marsa insan yaşayışı üçün münbit şərait qurmaq işləri davam edərkən bu çərçivədə aparılan bir araşdırma bütün ehtimalları puça çıxarıb.
Publika.az xəbər verir ki, NASA-nın dəstəklədiyi bu araşdırmanın nəticəsinə görə, Marsda yaşayışın qurulması düşüncəsi elmi-fantastik fikirdən başqa bir şey deyil.
İnsanoğlunun Marsı yaşana biləcək hala gətirməsi üçün həyata keçirdiyi “dünyalaşdırma siyasəti” sadəcə xəyal olaraq qala bilər. Marsın qütblərindəki buzlaqları əridərək su çıxarmaq planlardan biridir. Digər hədəf isə vulkanik fəaliyyətlərə təsir göstərərək atmosferdə karbon-dioksidin əmələ gəlməsini təmin etmək və beləliklə, planetdə iqlim dəyişikliyini başlatmaqdır. Daha sonra təkhüceyrəli canlıları "Qırmızı planet"ə göndərərək yaradılmış mühitdə həyatlarını davam etdirmələrini təmin etməkdir. Bütün bu mürəkkəb proseslərdən sonra axırıncı mərhələ insanların Marsa köç etməsidir.
“Təbiət Astronomiyası” dərgisində yayımlanan bir məqalə isə bütün bu astronomik proseslərin o qədər də gerçəkçi olmadığını ortaya qoyub. Araşdırma Marsda yetərli qədər karbon-dioksid olmadığını, mövcud karbon-dioksidin isə Marsı Yer kürəsinə çevirməyə bəs etməyəcəyini ortaya çıxarıb.
Bunu Kolorado Universitetinin araşdırmaçılarından olan Bryus Yakoski verdiyi açıqlamasında bildirib. Alim qeyd edib ki, karbon-dioksid qazı asanlıqla əldə edilmir və günümüzdəki texnologiya bu problem qarşısında acizdir.
Zümrüd
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













