Paranormal
Dəhşətli təbiət hadisəsinin XƏBƏRÇİSİ: 20 dəqiqədə ABŞ, Kanada, Afrika və Havay...
Elm adamları Sakit okeanın dibindən gələn və mənbəyi məlum olmayan bir uğultunu müəyyən ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Milli Coğrafiya” (National Geographic) nəşri informasiya yayıb.
Xəbərə görə, uğultunun mənbəyi Mayotte adasından 24 km uzaqda yerləşir. Oradan dalğalar, təxminən, 11 min km yol qət edərək Afrika, Cənubi Amerika, Yeni Zalandiya, hətta Kanada və Havay Adalarının sahillərinə qədər gedib çatıb. Uğultu 20 dəqiqədən çox davam edib.

Naməlum hadisənin təbiətinə diqqət çəkən elm adamları dalğaların aşağı tezlikli və tək rəngli, yəni müəyyən və sabit tezliyə malik olduğunu deyib. Bu tip uğultular, adətən, son dərəcə böyük zəlzələlərin avterşoklarından qaynaqlanır. Lakin son zamanlarda bu tip böyük zəlzələ meydana gəlməyib.
ABŞ-ın Kolumbiya Universitetinin anormal zəlzələlər üzrə ixtisaslaşmış seysmoloqu, professor Qoran Ekström daha öncə buna bənzər bir hadisə ilə rastlaşmadığını bildirib.
Dalğaların qaynağını müəyyən edə bilməyən mütəxəssislər Mayotte adasının altında maqmaların hərəkətlənməsi, zəif zəlzələ və ya su altında olan bir vulkanın püskürməsi kimi ehtimallar üzərində düşünürlər.
Zümrüd
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













