Paranormal
Yerdənkənar həyat... - Atom tunel zondu yaradıldı
ABŞ mütəxəssisləri yerdənkənar həyat və ya onun əlamətlərinin axtarışı üçün Yupiter peykinin səthində qazma işləri aparacaq tunel zondu yaradıblar.
Avropanın (Yupiterin peyki) müşahidələrinin nəticələri mikroskopik həyata malik olan səthaltı maye okeanın mövcudluğunu göstərib. Buz qatının qalınlığı 2-30 km təşkil edə bilər. Alimlərin fikrincə, biosiqnaturaların olduğu sahələrə çıxış əldə etmək üçün istənilən enmə aparatı bu maneəni dəf etməli olacaq. İllinoys Universitetinin (Çikaqo) tədqiqatçıları nüvə enerjisi ilə işləyən atom tunel zondu ərsəyə gətiriblər. Aparat Avropanın buz qatının içindən keçərək buzaltı okeanın səthinə çatmaqla ora həyat və ya onun əlamətlərinin axtarışı üçün istifadə ediləcək cihaz və alətlər çatdıracaq. Zond, həmçinin buz şelfinin yaşayış üçün yararlığının qiymətləndirməsini aparacaq.
Bildirilir ki, tədqiqatçılar tərəfindən zond üçün iki konstruksiya variantı nəzərdən keçirilib: onların biri kiçik nüvə reaktoru vasitəsilə işə salınır, digəri isə kosmik uçuşlar üçün nəzərdə tutulan radioaktiv istilik mənbələri ilə işləyir. Hər iki mənbənin istiliyi buz qatının əridilməsi üçün istifadə oluna bilər. Zondla rabitə əlaqəsini qurğu ilə optik lif kabeli vasitəsilə birləşdirilən retranslyatorlar təmin edəcək. (Azərtac)
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













