Paranormal
Çin Rusiya və ABŞ-ı geridə qoyub BİR İLKƏ imza atdı - - FOTO
Çin dünya tarixində ilkə imza atıb.
Publika.az xəbər verir ki, "Çanye 4" adlı kosmos gəmisi Bakı vaxtilə 09:00-da Ayın qaranlıq səthinə eniş edib.
Kosmik gəmi Ayın cənub qütbündəki Aitkən hövzəsini analiz etmək üçün “qaranlıq tərəf” adlandırılan bölgəyə uğurla enib. Ayın ən böyük, ən qədim və ən dərin krateri olan Aitkən hövzəsi bu günə qədər bir çox sirri özündə saxlayır. Bu hövzə Ayın əmələ gəlməsindən bir müddət sonra kəskin toqquşma nəticəsində yaranıb və Ayın daxilindəki maddələr bu kraterdə üzə çıxıb.

Bu günə qədər kosmik gəmilər Ayın qaranlıq tərəfinin fotosunu çəksə də, heç bir gəmi buraya eniş etməyib. İlk addımı uğurla gerçəkləşdirən Çin kosmos sahəsində ABŞ və Rusiya ilə rəqabətdə önəmli bir addım atmış oldu.
“Çanye 4” Ayın səthi ilə bağlı detallı ölçüləri və mineral birləşmələri tədqiq edəcək.
Qeyd edək ki, Ayın öz ətrafında və Yer ətrafında fırlanma müddəti eyni olduğu üçün Yer kürəsindən hər zaman Ayın eyni tərəfi görünür. Yerin peykinin üzərinə yerləşdiriləcək teleskop Yerdən qaynaqlanan radio dalğalardan uzaqlaşdırıldığı üçün Günəşdən və kosmosun dərinliklərindəki elektromaqnetik dalğalara qarşı həssas olacaq.
Zümrüd
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
























.jpg)














