Paranormal
TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
Astronomiya mütəxəssisləri yaşana bilən bölgədə yerləşən K2-18b adlı planetin atmosferində ilk dəfə suya rast gəlib.
Publika.az xəbər verir ki, bu planet Yer kürəsindən başqa yerdə yaşamaq üçün uyğun namizədlər arasına girib.
“Yaşana bilən bölgə” ifadəsi bir ulduzun ətrafındakı planetdə havanın temperaturunun suyun maye halında qalması üçün kifayət edən bölgələr üçün istifadə edilir.
Yeni kosmik teleskopların qarşıdakı 10 il ərzində K2-18b-nin atmosferində canlı orqanizmlər tərəfindən istehsal edilən qazların olub-olmadığını araşdıracaq. Layihəyə rəhbərlik edən London Universiteti Kollecinin professor Covanni Tinetti planetdə suyun tapılmasının insanlar üçün rahatladıcı kəşf olduğunu bildirib: “İlk dəfə havanın istiliyinin yaşamağın davamı üçün uyğun olduğu bir ulduzun ətrafındakı bölgədə su tapdıq”.
K2-18b Yer kürəsindən 111 işıq ili, yəni 1 milyard 46 milyon 73 min 600 km uzaqda yerləşir. Bu məsafə ölçü işləri aparmağı mümkünsüz edir. Lakin 2020-ci ildə istifadəyə veriləcək kosmik teleskoplarla bu məsafədə ölçülərin aparılması ehtimalı var.
K2-18b Yer kürəsindən ikiqat daha böyükdür. Havanın temperaturu isə 0-40 selsi arasında dəyişir.
NASA-nın Ceyms Veb Kosmik Teleskopunun 2021-ci ildə istifadəyə verilməsi və 7 ildən sonra Avropa Kosmik Agentliyinin “Ariel Mission” teleskopunun gəlişi ilə planetlərdə daha detallı araşdırma aparılacaq.
Qeyd edək ki, bu günə qədər suyu olan başqa planetlər tapılıb, amma onlar ya çox böyük, ya da yaşayışı əngəlləyəcək qədər istidirlər. Daha sərin və kiçik planetləri aşkar etmək isə çətindir.
Xatırladaq ki, K2-18b 2015-ci ildə NASA-nın Kepler kosmik araşdırma gəmisi tərəfindən kəşf edilib.
K2-18b-də suyun kəşfinin detallarını “Nature Astronomy” (“Təbiət Astronomiyası”) dərgisi yayımlayıb.
Zümrüd
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı


































.jpg)




