Paranormal
1 həftə qaldı - Bütün dünyanın gözü ORA DİKİLDİ
Hindistanın "Çandrayaan-2” kosmik gəmisinin Ayın səthinə enişi əsnasında siqnal əlaqəsi kəsilən “Vikram” modulu ilə əlaqə qura bilməsi üçün 1 həftəyə yaxın zamanı qalıb.
Publika.az xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi informasiya yayıb.
Xəbərə görə, Hindistan Kosmik Araşdırmalar Təşkilatından (ISRO) adı açıqlanmayan şəxs “hər ötən saatda batareyanın gücü azalır. Modulun gücü və işləməsi üçün heç nə qalmayacaq” ifadələrini işlədib.
Modulun işləyə bilməsi üçün doğru istiqamətləndirilməsi və batareyaların Günəş panelləri vasitəsilə güc toplaması vacibdir. Lakin itirilən hər dəqiqə bu şansı bir az da azaldır.
Modulun bundan sonra 14 gün (1 Ay günü) işləmə potensialı var. Buna görə də onun ömrünü xilas edə bilmək üçün 1 həftə qalıb.
Qeyd edək ki, “Çandrayaan-2”nin Ay orbitindəki peyki ilə 6 sentyabr tarixindəki enişi əsnasında hədəfə 2,1 km qalmış əlaqə kəsilib.
2014-cü ildə Marsın orbitinə peyk yerləşdirməyi bacaran Hindistan 2022-ci ilə qədər kosmosa insan göndərməyi planlaşdırır.
Qeyd edək ki, Hindistan bu əlaqəni bərpa edə bilsə, bunu bacaran 4-cü ölkə olacaq.
Zümrüd
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?























.jpg)












