Paranormal
Bu gün Yerə ən yaxın məsafədən komet keçəcək
SWAN kometi bu gün Yerə ən yaxın məsafədən (84 mln km) keçəcək.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Publika.az-a verilən məluamta görə, komet mayın 27-də isə periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64.4 mln km) keçəcək.
Astronomlar hesab edirlər ki, SWAN kometi bu aralar partlayış modunda olmalıdır. Bu müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq. Bu yanma nəticəsində kometin parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər. Belə olduğu təqdirdə hətta Şimal yarımkürəsindən də o, rahat müşahidə oluna bilər.
Hazırda komet astronomların proqnozlarına əsasən, öz parlağlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər artıq açıq gözlə izləyib və maraqlı şəkillərini də çəkiblər.
Qeyd edək ki, kometlərin xüsusiyyətlərindən də biri onların hərəkətlərinin proqnozlaşdıra bilinməməsidir. Kometi müşahidə etmək istəyənlər onun hazırkı mövqeyində axtara bilərlər. Daha dəqiq komet mayın 15-dəTriangulum (üçbucaq bürcü) bürcündə olacaq. 19, 20, 21 may gecələri SWAN kometi Alqol adlı ulduza yaxın olacaq.
Proqnozlara əsasən iyulun əvvələrində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.
Qeyd edək ki, martın 25-də Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib. Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında aprelin 11-də bir quyruqlu obyekti kəşf edib. Bu quyruqlu ulduz SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































