Paranormal
Bu gün 07:46-da başladı: 6 saata yaxın davam etdi - (YENİLƏNDİ)
Bu ilin ilk Günəş tutulması hadisəsi başa çatıb.
Tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb və saat 13:34-də sona çatıb.
Tutulmanın maksimum həddi saat 10:41-də olub. Təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edib.
xxx
09:05
Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb.
Publika.az xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb və saat 13:34-də sona çatacaq.
Tutulmanın maksimum həddi saat 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.
Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































