Paranormal
“Kosmik kəpənəyin” ən gözəl fotoşəkli çəkildi - FOTO
Avropa Cənub Rəsədxanasının (ESO) Çilidə yerləşən VLT teleskopu NGC 2899 planetar dumanlığının yeni təsvirini əldə edib. Bu barədə məlumat rəsədxananın saytında yer alıb. NGC 2899 planetar dumanlığı simmetrikliyi, rəng çalarları və daxili mürəkkəb strukturu ilə gecə səmasında kəpənəyi xatırladır.
Publika.az xəbər verir ki, NGC 2899 Yer planetindən Yelkən bürcünün cənub hissəsinə doğru 3000-dən 6500 işıq ilinədək məsafədə yerləşir. Tədqiqatçıların fikrincə, dumanlığın ideal strukturu iki mərkəzi ulduzla bağlıdır. Onlardan biri təkamülünü başa vurub və xarici təbəqəsini əhatə olunduğu fəzaya buraxıb. İkinci ulduz bu qaz axını ilə qarşılıqlı təsirdədir və fotoda görünən ikiqat strukturu formalaşdırıb. Bütün planetar dumanlıqların təqribən 10-20 faizi bu cür bipolyar formaya malikdir.
NGC 2899 dumanlığının geniş qaz təbəqəsi öz mərkəzindən iki işıq ili məsafəsində ayrılıb. Orada qaz 10 min dərəcəyədək qızır və dumanlıq Süd Yolu ulduzlarının fonunda parlaq görünür. Qazın yüksək temperaturu bu dumanlığı yaradan ana ulduzun güclü şüa saçması ilə izah edilir: qaz təbəqəsinin ibarət olduğu hidrogen onun təsiri altında qırmızımtıl görünür, oksigenli qaz təbəqəsi isə mavi görünür.
Astronomlar NGC 2899-un aydın təsvirini FORS qəbuledicisi sayəsində əldə ediblər.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































