Paranormal
Başqa planetlərdə həyat axtarışı – Elm adamlarından SENSASİON KƏŞF
Şüalanma və digər ekoloji təhlükələrə qarşı çox yüksək müqavimət göstərən bir bakteriyanın 3 il Beynəlxalq Kosmos Stansiyasından (ISS) kənarda yaşadığı və Marsa çatana qədər sağ qalacağı iddia olunub.
Teleqraf.com xəbər verir ki, mikrobların bir planetdən digərinə keçə və həyat qura biləcəyi nəzəriyyəsini sınamaq üçün Yaponiyada hazırlanan “Tanpopo” missiyası çərçivəsində alüminium təbəqələrdə qurudulmuş Deynokokki bakteriyalarının qranulları ISS-in kənarında quraşdırılmış panellərə yerləşdirilib.
Müxtəlif ölçülərdə Deynokokki qranulları qoyulan lövhələrdən 1.2 və 3 il sonra məlumatlar əldə edilib və bakteriyaların nə qədər sağ qaldığı test olunub.
Mütəxəssislər 0,5 millimetrdən böyük olan qranullardakı bakteriyaların DNT-lərinə zərər dəysə də, sağ qaldıqlarını müşahidə ediblər.
Tədqiqatı aparan elm adamları tapıntıların bir neçə il ərzində mikrobların planetlərarası köçürülmə ehtimalını dəstəklədiyini düşünürlər. Deynokokkilərin soyuq, susuzluq və turşuya davamlı olduğu deyilir.
Deynokokki bakteriyası insanı öldürə biləcək radiasiyaya insandan 3 min qat daha çox müqavimət göstərir.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































