Paranormal
Günün ULDUZ FALI: Onlarla ünsiyyət neqativ emosiyalar yaradacaq
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - istənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.
Buğa - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.
Əkizlər - adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.
Xərçəng - mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar. İnsanların gur olduğu yerə yollanmayın.
Şir - mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin. İşdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur.
Qız - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.
Tərəzi - maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.
Əqrəb - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.
Oxatan - rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın. Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.
Dolça - yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.
Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir. / Milli.Az
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
İdman11:20Bu gün dünyanın diqqəti Bakıya yönələcək - UFC turniri başlayır
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!





















.jpg)


.jpg)
.jpg)









