Paranormal
Ay və Günəş bu tarixdə TUTULACAQ
2021-ci ildə 4 tutulma hadisəsi- 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Publika.az xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Qeyd olunub ki, 1-ci Günəş tutulması 10 iyun 2021-ci ildə baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək. Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali / Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.
2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
2021-ci ilin Ay tutulmalarına gəlincə, gələn il 2 Ay tutulması hadisəsi olacaq və heç biri Azərbaycanda müşahidə olunmayacaq.
1-ci Ay tutulması 2021-ci il 26 mayda baş verəcək. Tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
2-ci Ay tutulması 2021-ci il 19 noyabrda baş verəcək. Qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, şimali Avropa, şərqi Asiya, sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
Region09:52Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!"
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var







































