Paranormal
Ölümü müjdələyən QORXUNC RUH: O, ağlamağa başlayanda...
Keltlər Roma İmperiyasına inteqrasiya olunsalar da, romalılar xristianlığı rəsmən qəbul edənə qədər tanrı və tanrıçalarına ibadətə davam etdilər. Keltlərin tanrıları haqda məlum olan budur ki, uelslilərin qeydləri istisna olmaqla, heç bir şey yazılmayıb. Çünki keltlər yazıya heç vaxt inanmamışdılar, son dərəcə təsirli danışmağa və yaddaşa inanmışdılar.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, illər sonra İrlandiyada bu tanrılar və tanrıçaları şeirlərində xatırlayan şairlərə hörmətlə yanaşmağa başladılar. Bir sözlə, keltlərin kahinləri inandıqları tanrı və tanrıçalarının əfsanələrini yazmadılar, əksinə şifahi şəkildə gələcək nəsillərə ötürdülər. Romalılar isə e.ə. I əsrdə Kelt miflərini əlyazmalara köçürmüşdülər. Xristianlıq Britaniya adalarına yayıldıqdan sonra – VI əsrdə irland keşişləri və uelsli şairlər də yazmağa başladılar.
Qorxunc hıçqırıq
O illərdə adı keşişlərin əlyazmalarına keçən irlandların qədim inanclarından biri Banşi ilə bağlıydı. Haqqındakı ilk əlyazmalar VIII əsrə aiddir. Bu inanc Şotlandiya, Avstraliya, Uels və Amerikada geniş yayılmasına baxmayaraq, başlanğıc nöqtəsi İrlandiyadır. İrlandların köçü səbəbiylə digər ölkələrə yayılıb və barəsindəki əfsanələr zaman-zaman müxtəlif formalar alıb.
Həmin əfsanələrin mətnlərindən asılı olmayaraq, Banşi bu inanclarda ölümü xəbəri verən pəridir.
Banşi gecələr öləcək insanın otağının pəncərəsinin altında hıçqıraraq ağlayır, kimsə onu görə bilmir. Amma ürəpədici səsi eşidiləndə o evdən birinin öləcəyini bilirlər. Banşilər təmiz irland qanı daşıyan ailələrin pəriləri sayılır. Bağlı olduqları ailələri çox sevir və oradan birinin öləcəyini hiss etdikdə ağlamağa, hıçqırmağa və fəryad etməyə başlayırlar.
Bəzi əfsanələrdə Banşinin ağlamasının və fəryad etməsinin səbəbinin əslində, ailəyə bu ölüm barədə xəbər vermək, onları buna hazırlamaq olduğu deyilir.
Dullahanın çarçısı
Bir kelt əfsanəsinə görə, Banşi ölüm tanrısı Dullahanın çarçısıdır. Banşi ağlayan qadının qarabasmasıdır. Bir evin qarşısında ağlamağa başlayırsa, bu, o evdən birinin tezliklə öləcəyi deməkdir. Banşinin ağlaması ölümün xəbərçisidir.
Banşi 6 qara atın çəkdiyi arabada həmişə Dullahanın arxasınca gedir və atlarını insan onurğasından düzəldilmiş qamçı ilə vurduğu deyilir. Bununla yanaşı, Banşi əksər rəvayətlərdə tək və qorxunc olaraq təsvir edilir. Görünüşü çirkin yaşlı qadından, gözəl gənc qadına qədər müxtəlif formalarda təsvir olunur. Amma əmin olan bir şey var ki, Banşi ağlamağa başlayırsa, bu, qara xəbərin müjdəsidir.
Banşi mifi
Banşi qədim irland folklorunda bir ailə üzvünün ölümünü müjdələyən qadının ruhudur. O, bu pis xəbəri ağlamaq, qışqırmaq, fəryad etmək və ya inildəməklə çatdırır. Onun adı qədim irland dilində “sida” adlandırılan kimsəsiz çöllərlərlə bağlıdır.
Uzun saçları var, yaşıl libasının üstündən boz palto geyinir, gözləri dayanmadan ağladığı üçün qırmızıdır. Enn Ledi Fenşounun “Xatirələr”ində yazdığına görə, qırmızı saçlı və qorxunc həddə ağ geyimli ola bilər.
Ledi Uayld isə qeyd edir ki, Banşi qədim əfsanələrdə fərqli boy ölçülərində təsvir olunur: “Boyu həddən artıq hündür olduğu deyilsə də, Banşinin boyunu təsvir edən əfsanələrin əksəriyyəti bunun dörd fut olduğunu bildirir. Boyunun çox qısa olması onun çox vaxt yaşlı qadın kimi təsvir edilməsi ilə bağlıdır”.
Obrayna görə, sadə insanlar nüfuzlu ailələrin pərdi qadın əfsanələrinə o qədər inanmışdılar ki, gecələr evləri haqqında ölüm nəğmələri oxuyurdular: “Amma onlardan heç kim ölümlə nəticələnən bu əfsanə imtiyazına ancaq qədim və nəcib olmayan heç bir ailənin layiq görüldüyünə inanmır”.
Kədərli nəğmə oxuyan bakirə
Əfsanəyə görə, Banşi bəzən gənc ölən ailə üçün şirin nəğmə oxuyan bakirə şəklini alır. Bəzən də görünməz qüvvələr tərəfindən göndərilən ölümün əzabını yaxınlarına vaxtından əvvəl çatdıran ruh kimi təsvir olunur. Ya da gecələr ağacların altında dizlərinə qədər bükülmüş, üzü örtülü ağlayan, ya da Ay işığlnda kəfənə bürünmüş bir qadın kimi inildəyən kimi görülə bilər. Bu kimsəsiz ruhun fəryadı yer üzündəki bütün digər səslərdən daha çox kədərlidir və bu, gecənin sükutunda eşidilən zaman ailədən birinin ölümü ilə kəsilir.
Qədimlərdə İrlandiya və Şotlandiyanın bəzi bölgələrində yas mərasimlərində dəfndən əvvəl ağı deyən qadınlar iştirak edirdilər. Bir çox insan öz ölüsünü o dünyaya ən yaxşı şəkildə yola salmaq üçün belə qadınlara ehtiyac duyurdu.
İrland folklorunda da, xüsusi qadınlar tərəfindən oxunan kədərli nəğmələrdən danışılır. Həmin qadınlar bu nəğmələri ailənin bir üzvü öldükdə və ya ölmək üzrəykən oxuyurdular. Bəzən də uzaqda ölən bir insanın bu qara xəbəri gələndə oxunulurdu. Bu halda, onların ağlamaları o evin ölümlə bağlı ilk xəbərdarlığı olurdu. Həmin qadınlar kimi, əfsanələrdəki Banşi də ölümün xəbərçisidir. O, bəzən də bir insan ölümlə üz-üzə qalanda onu xilas etmələri üçün də qışqırır, fəryad edir.
Qanlı paltarları yuyan qadın
Banşinin yalnız İrlandiyanın Milesiya nəslindən olanların, “O” və ya “Mak” soyadını daşıyanların ölümünə ağladığı deyilir. Başqa bir əfsanədə isə hər ailənin öz banşisinin olduğu bildirilir. Fərqli bir əfsanə də Geraldinlilər nəslinə aiddir. Digər bir istisna əcdadı şotland və holland olan Baron Rossmor ailəsinin bir üzvünün ölümündən xəbər verən Rossmor Banşidir.
Əfsanəyə görə, eyni anda bir neçə Banşi görünərsə, bu, böyük və ya müqəddəs birinin ölümünü göstərir. Əfsanələr və nağıllar qadını “pəri” adlandırmasına baxmayaraq, bir qarabasma olduğu, öldürülmüş qadın və ya doğuş zamanı ölən bir ananın ruhu olduğu deyilir.
Hamısı olmasa da, Banşi ilə əlaqəli soyadlarda “O” və ya “mak” prefiksi var. Bunlar həmin ailələrin qədim kelt torpaqlarından olduğunu göstərir. Bu barədə 1380-ci ilədək yazılmış qeydlər (“Cathreim Thoirdhealbhaigh”) mövcuddur. Banşi haqqındakı qeydlərə o dövrün norman ədəbiyyatında da rast gəlmək olar.
”Aybell” adlandırılan ölüm pərəsinin digər 25 Banşinin hökmdarı olduğu düşünülür.
Banşi İrlandiyanın bəzi bölgələrində ağlaması şüşəni sındıracaq qədər qorxunc ola bilən qadın kimi xatırlanır. Şotland folklorunda da ona oxşar varlıqdan bəhs olunur. O, ölmək üzrə olanların qana bulaşmış paltarlarını yuyarkən görülür. Uels folklorunda da ona bənzər personajlar var.
İrlandiyanın bəzi kiçik şəhər və kəndlərində hələ də onun səsinin eşidildiyini və var olduğunu söyləyirlər.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO